Turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayığın Atlantik okeanında itkin düşən turistlərdən biri feysbukda paylaşım edib.
Newscenter.az xəbər verir ki, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Dalğıc Qoldenin sözlərinə görə, onun və bütün ekipaj üzvlərinin vəziyyəti yaxşıdır. O, sualtı qayıqdakıların adlarını açıqlamamağı və bu mövzuda spekulyasiya etməməyi xahiş edib.
Turist əlavə edib ki, onların vəziyyəti ilə axtarış-xilasetmə xidməti məşğul olur. Dalğıc onların internetə çıxışının məhdud olduğunu da açıqlayıb və lazım gəldikdə paylaşımlar edəcəyini söz verib.
“(Hadisəyə-red) reaksiyalar və dünyanın hər yerindən gələn yardım təklifləri həqiqətən heyrətamizdir və yalnız belə bir zamanda insanların əsl xeyirxahlığını göstərir”, - paylaşımda qeyd olunur.
Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq dünən Atlantik okeanında itib.
Xilasetmə əməliyyatı başlayıb. Bostondakı ABŞ Sahil Mühafizəsi BBC-yə xilasedicilərin sualtı qayığı tapmağa çalışdığını təsdiqləyib. Atlantik okeanında qəzaya uğrayan “Titanik” yaxınlığında itkin düşən sualtı qayığın göyərtəsində 5 nəfər olub.
Məlumata görə, 3,8 min metr dərinlikdə olan qalıqlara turistlərin çatdırılması “OceanGate Expedition” şirkəti tərəfindən həyata keçirilir. Onun internet saytında yeddi günlük 250 000 dollarlıq səyahət reklamı verilir. Şirkət sonuncu dəfə iyunun 16-da davam edən ekspedisiya haqqında tvit yazıb.
Anar TAGİYEV