Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda gərginlik yaratmağa çalışırlar -ÖZƏL

Azərbaycanda gərginlik yaratmağa çalışırlar


"Gədəbəydə bu günlərdə yaşananlar təsadüfi deyil və sakinlərin etiraz aksiyası keçirməsi sıradan meydana çıxmayıb. Bu hadisələr Azərbaycanda gərginlik yaratmaq, dövlətlə xalq arasında mövcud olan birlik, həmrəyliyi pozmağa sarsıtmağa çalışanların hazırlamış olduğu ssenaridir".

Bu fikirlər "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin açıqlamasında yer alıb. Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, aksiya əvvəlcədən bəlli qüvvələr tərəfindən hazırlanıb və onun ictimailəşdirilməsi, hətta beynəlxalq aləmə belə çıxarılması təmin olunub:

"Necə olur ki, əsasən Qərb, Avropa donorları, burada siyasi maraqları olan təsisatların maliyyəsi ilə dərc edilən, yaxud yayımlanan saytlar və kanalların təmsilçiləri dərhal hadisə yerində olur və oradan reportaj hazırlayıb yayırlar. Deməli, Gədəbəy hadisələri əvvəlcədən, ölkədə gərginlik yaratmağa, eyni zamanda Azərbaycan dövlətinin imicinə zərbə vurmaq üçün hazırlanıb".

İctimai Birlik hesab edir ki, bu cür cılız mübarizə yolu ilə heç bir qüvvə Azərbaycan dövləti və dövlətçilyinə zərbə vura bilməz.

Anar Əliyev
Xəbəri paylaş