Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün məsələləri sülhə bağlamaq lazımdır -ÖZƏL

Bütün məsələləri sülhə bağlamaq lazımdır


"Reallıqlar bütün çılpaqlığı ilə göz önündə olduqda məsələyə obyektiv münasibət bildirmək mümkün olur. Ancaq mövcud situasiya çox qarışıqdı və araşdırma tələb edir. İctimai rəy polis-vətəndaş insidentinin ətrafında cərəyan edir. Mütləq qeyd edilməlidir ki, polislər sülh və sabitliyin əsas təminatçılarıdır. Onlar olmasa ölkəmizdə xaos hökm sürər. Digər tərəfdən unutmaq olmaz ki, peşənin pisi olmur. Peşəyə layiq olmayan şəxslər olur. Bütün qurumlarda olduğu kimi DİN-nin əməkdaşları arasında da belələri var. Lakin onlar müəyyən edilən kimi sistemdən kənarlaşdırılırlar".

Newscenter-az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu Gədəbəydə cərəyan edən hadisələrə münasibət bildirərkən səsləndirib. O bildirib ki, bütün məsələləri sülhə bağlamaq lazımdır:

"Düşünürəm ki, mövcud gərginliyin səbəbləri araşdırılacaq və problem aradan qaldırılacaq. Vətəndaş məmnunluğunu təmin etmək dövlət siyasətinin mühüm prioritet istiqamətlərindən biridir. Gədəbəyli həmvətənlərimiz ölkə rəhbərliyinin özündə xalqın iradəsini ifadə edən uğurlu siyasətinə güvənərək kiçik zaman kəsiyində səbr nümayiş etdirməli, sonda vətəndaşyönümlü qərarların veriləcəyinə inanmalıdırlar. Əminəm ki, proseslərin sonu hər kəs üçün qaneedici olacaq. Son olaraq deyim ki, əsaslı araşdırma aparmadığım və hərtərəfli məlumatlı olmadığım üçün Gədəbəy hadisələrinə münasibətdə neytral mövqedə qalıram".


Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş