Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Fənərbaxça" dünya ulduzu ilə anlaşdı -ÖZƏL

"Fənərbaxça" dünya ulduzu ilə anlaşdı


Türkiyənin “Fənərbaxça” futbol klubu yeni mövsüm ərəfəsində səsli transferlərə imza atmağı düşünür.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, türk klubu ulduz futbolçu Edin Dzekonu öz sırasına qatmaq istəyir. Artıq klubun transfer üçün Edin Dzeko ilə anlaşdığı bildirilir.

Məlumat üçün qeyd edək ki, son 3 mövsüm "İnter"də çıxış edən Edin Dzeko ötən mövsüm 52 rəsmi oyunda meydana çıxıb. Bu matçlarda 14 qol vuran və 5 məhsuldar ötürmə verən Dzekonun İtaliya komandasının Çempionlar Liqasının finalına yüksəlməsində də böyük rolu olub.

2015-2021-ci illərdə Romada çıxış edən bosniyalı ulduz futbolçu Dzeko 2021-ci ildə "İnter"ə yollanıb. Ümumilikdə, Dzeko karyerası ərzində 738 oyun keçirib, bu matçlarda 323 qol vurub və 145 məhsuldar ötürmə edib.

Oruc Niyazov
Xəbəri paylaş