Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Londonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsini müzakirə ediblər.
Newscenter.az-ın məlumatına görə, "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə eləcə də Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə mövzusu olub.
Müzakirələr Ukraynanın yenidən qurulmasına dair ikigünlük beynəlxalq konfrans çərçivəsində baş tutub.