"Dövlətlərarası münasibətlər siyasi münasibətlərin davamıdır. Azərbaycanla ikitərəfli münasibətlər əksər dövlətlərlə gündən-günə möhkəmlənir. Azərbaycanla Pakistan arasında münasibətlər İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmləndi. İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri də bunun təzahürüdür".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında bir sıra mühüm məqamlara toxundu, ölkələrimiz arasında münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu, Pakistanın Ermənistanla işğalçı dövlət olduğuna görə diplomatik əlaqələr qurmadığını, Azərbaycanın Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini qeyd etdi:
"Azərbaycandan bir neçə nümayəndə heyətinin Pakistana səfər edəcəyini də bildirən cənab Prezident dedi: “Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər”. Son dövrün ən qlobal problemi Azərbaycanın torpqlarının işğalı idi. Azərbaycan Ordusu döyüşlə torpaqlarını işğldan azad etdi. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac olduğunu da vurğulayan Prezident qeyd etdi ki, dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır".
Deputat qeyd edib ki, Pakistan və Azərbaycanın hər zaman çiyin-çiyinə dayanan ölkələr olduğunu da xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla dedi: “Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı