Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Ukraynaya siyasi və hərbi dəstəyi daha çox gərəklidir -ÖZƏL

Qərbin Ukraynaya siyasi və hərbi dəstəyi daha çox gərəklidir


Rusiya ilə Ukrayna arasında savaş hər ötən gün daha da gərgin xarakter alır. Hər iki tərəfin silah-sursat, hərbi texnikasının sıradan çıxması tərəfləri çətin duruma salsa da, ancaq ümumilikdə Ukrayna Qərbdən, Avropadan aldığı hərbi dəstək fonunda bir qədər güclü görünür. Ancaq həlledici qılıbənin əldə edilməsi üçün Kiyevə hərbi dəst
k davamlı olmalıdır. Elə AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, AVP rəsmisi deyib ki, indiki məqamda Qərbin Ukraynaya siyasi və hərbi dəstəyi daha çox gərəklidir. Çünki əks-hücum əməliyyatları getdiyi dönəmdə Ukrayna ilk öncə hava üstünlüyünü ələ almalı, Rusiyanın Qara Dəniz donanmasının təsirini minumuma endirməli və arxa cəbhədə Rusiyanın logistik və komanda idarəetmə mərkəzlərini məhf etməlidir:

"Təbii ki bu proseslər Qərbin, onun hərbi təmsilçisi NATO-nun dəstəyi olmadan mümkün deyil. Rusiyanın Ukraynanı işğal cəhdi Qərbi Ukrayna safında ona qarşı vahid bir cəbhədə birləşdirsə də müharibənin uzanması bu birlikdə də çatların yaranmasına səbəb olur".

Mehman Mehdiyev
Xəbəri paylaş