Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda elektron manata ehtiyac varmı?

Azərbaycanda elektron manata ehtiyac varmı?


Əvvəlcə onu deyək ki, bu gün biz kartdan karta, internetdən hesablara və buna bənzər digər manat ödənişləri ediriksə bu elektron pul əməliyyatı deyil. Bu milli valyutada olan nəğdsiz ödənişlərdir.

Azərbaycanda elektron pul emissiyası milli valyuta olmaya da bilər. Yəni bir gün Azərbaycanda elektron pul dövriyyəyə buraxılanda bu yalnız “elektron manat” olmayacaq.

Elektron pulla bağlı ən mühüm siyasi məsələlərdən biri emitent məsələsidir, yəni ölkədə elektron pul buraxmaq hüququna malik olan təşkilatların siyahısının müəyyən edilməsidir. Müxtəlif ölkələrinin qanunvericiliyində bu problemlə bağlı birmənalı yanaşma yoxdur. Ölkədən ölkəyə fəqlənir. Belə ki, emissiya problemi həm elektron milli pullara (dövlət valyutalarından birində ifadə edilmiş), həm də özəl elektron pullara (dövlət ödəniş sistemindən kənar dövriyyədə olan) təsir göstərir.

Məsələn, Sinqapurda və Ukraynada elektron pul emissiyası yalnız banklar tərəfindən həyata keçirilə bilər. Avropa İttifaqında isə Elektron Pul Təşkilatlarına electron pul emissiya edə bilər. Honq Konqda isə electron pul emissiyası üçün depozit şirkəti lisenziyası almalıdır.

Rahat anlaşılması üçün qeyd: EMISSIYA pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması, EMITENT isə bu emissiyanı həyata keçirən subyektdir.

Azərbaycanda müzakirə edilən yeni qanun layihəsinə görə isə emissiyanı banklar və xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və elektron pul təşkilatları həyata keçirə biləcəklər.

Amma sual budur: Bu subyektlər elektron pul buraxacaqlarmı?

Düşünürəm ki, Azərbaycanda elektron pulun buraxılması üçün hələ zaman lazım olacaqdır. Sadəcə yeni qanun layihəsi qəbul edilib elektron pulların emissiyası və istifadəsi üçün hüquqi baza yaradılacaq. Ola bilər ki, elektron pullar Azərbaycanda ciddi çəkidə emissiyaya başlayana qədər bu qanuna hələ bir neçə dəfə beynəlxalq təcrübələrə əsaslanaraq yenidən əlavə və dəyişikliklər edilsin.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş