Milli Məclisin deputatı Emin Hacıyev iyunun 22-də YAP Sumqayıt şəhər təşkilatında seçiciləri ilə görüş keçirib.
Newscenter.az xəbər verir ki, deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib, problemlərin həlli üçün müzakirələr aparıb və bəzi məsələlər ilə bağlı seçicilərinin yazılı müraciətini alıb
Səsləndirilən müraciətlər əsasən səhiyyə, məşğulluq, maddi təminat və sosial məsələlərlə bağlı olub.
Görüşdə vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.
Anar Əliyev