Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb

Prezident Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.

Newscenter.az-ın xəbərinə görə, sərəncamla Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəylərini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alınıb:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Sevinc Mehdiyeva
Xəbəri paylaş