Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ehtiyat ordu yaradır -ÖZƏL

Rusiya ehtiyat ordu yaradır


"Biz ehtiyat ordu formalaşdırırıq. Hər şey plan üzrə gedir. İyunun sonuna qədər ehtiyat ordunun, yaxın vaxtlarda isə korpusun formalaşmasını başa çatdıracağıq".

Newscenter.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib. Prezident Vladimir Putinin iştirakı ilə videokonfrans formatında keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxış edən Şoyqu Rusiya Silahlı Qüvvələrinə birbaşa müqavilə əsasında 114 min nəfərin cəlb edildiyini deyib.

Nazir həmçinin 50 mindən çox könüllünün olduğunu da bildirib:

"Müqaviləli hərbi xidmət üçün gündə orta hesabla 1336 nəfər müraciət edir".

Anar TAGİYEV
Xəbəri paylaş