Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyəyə Həcc ziyarətinə gedənlərin sayı açıqlandı -ÖZƏL

Səudiyyəyə Həcc ziyarətinə gedənlərin sayı açıqlandı


Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün müxtəlif ölkələrdən 1 milyon 499 min 472 nəfərin gəlib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Pasportlar Baş İdarəsi yayıb. Qurum Twitter hesabından verdiyi açıqlamada müsəlmanların həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam etdiyini xatırladılıb.

Açıqlamada, xaricdən Səudiyyə Ərəbistanına gələn zəvvar namizədlərinin sayının iyunun 21-i çərşənbə günü 1 milyon 499 min 472-yə çatdığı, onlardan 1 milyon 435 min 14-nün müqəddəs torpağa hava yolu ilə gəldiyi vuröulanıb.

Quru sərhəd qapılarından gələn zəvvar namizədlərinin sayı 59 min 744 nəfər, dəniz yolu ilə gələnlərin sayı isə 4 min 714 nəfər təşkil edib.

Mehman Mehdiyev
Xəbəri paylaş