Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Taliban" musiqi alətlərini balta ilə sındırır -ÖZƏL

"Taliban" musiqi alətlərini balta ilə sındırır


Əfqanıstanda legitim hakimiyyəti devirərək idarəetməni ələ keçirən "Taliban" hökuməti ölkədə musiqini qadağan etdikdən sonra indi də musiqi alətlərinin məhvinə başlayıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, rejimin xüsusi dəstələri vətəndaşların evlərində axtarış nəticəsində aşkar edilən musiqi alətlərini balta ilə sındırır. Əsasən də zərb alətləri və qarmonun "Taliban"ın hədəfində olduğu bildirilir.

Rejim iddia edir ki, musiqi kimi musiqi alətlərindən istifayə də dində icazə verilməyib.

Mehman Mehdiyev
Xəbəri paylaş