Əfqanıstandan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 229 qeyri-qanuni mühacir Ərzurumdan ölkələrinə deportasiya edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bununla da 2023-cü il yanvarın 1-dən bu günə qədər Ərzurumdan deportasiya edilən qeyri-qanuni miqrantların sayı 2499 nəfərə çatıb. Onlardan 1232-i Əfqanıstan, 390-ı Pakistandan, 877-i isə digər ölkələrdəndir.
İyunun 23-də isə 59 qeyri-qanuni miqrantın İstanbul Hava Limanından ölkələrinə deportasiya edilməsi planlaşdırılır.
Mehman Mehdiyev