Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Uber"-də kütləvi işdən çıxarma başladı -ÖZƏL

"Uber"-də kütləvi işdən çıxarma başladı


Nəqliyyat şəbəkəsi şirkəti olan "Uber2 Technologies, xərclərə qənaət səbəbindən ixtisar qərarı verib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, şirkət 200 işçini ixtisar etdiyi bildirib.

Dünya üzrə 32 mindən çox işçisi olan "Uber"in iqtisadi çətinliklərlə üzləşməsi səbəbindən yaxın vaxtlarda yenidən heyətdə ixtisarlar edəcəyi istisna olunmur. Şirkətin dünya üzrə çalışan işçilərinin təxminən 30 faizinin ixtisar olunacağı da yayılan xəbərlər sırasındadır.

Qeyd edək ki, "Uber"-in rəqiblərindən biri olan "Lyft" şirkəti də ötən aylarda işçilərinin 30 faizini ixtisar edəcəyini açıqlamışdı. Həmçinin Meta, Amazon, Microsoft və Google-un ana şirkəti Alphabet kimi texnologiya sektorunun aparıcı şirkətləri də ABŞ-dakı işçilərinin sayını azaldıb.

Mehman Mehdiyev
Xəbəri paylaş