Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton görüşü nəticəsiz bitəcək -ÖZƏL

Vaşinqton görüşü nəticəsiz bitəcək


"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gələn həftə Vaşinqtonda baş tutacaq görüşü nəticəsiz bitəcək. Çünki indiki situasiyada tərəflərin hansısa xırda məsələdə belə razılığa gəlməsi mümkün görünmür".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Ermənistanın təxribatları davam etdiyi təqdirdə tərəflər arasında sülh müqaviləsi ilə bağlı razılıq əldə olunacağı qeyri-mümkündür:

"Digər tərəfdən Moldova görüşündən sonra Fransanın və İranın Ermənistanı silahlandırması indi İrəvanı sülhdən daha çox revanşizmə, müharibəyə meyilləndirir. Ona görə də keçirilən danışıqlar heç bir müsbət nəticə vermir".

Anar Əliyev
Xəbəri paylaş