Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Qusarda vətəndaşları qəbul edib

Energetika naziri Qusarda vətəndaşları qəbul edib


Bu gün energetika naziri Pərviz Şahbazov Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Newscenter-az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, elektrik enerjisi verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti qazlaşdırma, təbii qazdan istifadəyə görə cərimələrin yazılması və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Qəbulda Qusar, Quba və Xaçmaz rayonlarından olan 25 vətəndaş iştirak edib.

R.Mehdiyeva
Xəbəri paylaş