Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazax gil və sement zavodu onkoloji xəstələrin sayını artırıb -ÖZƏL

Qazax gil və sement zavodu onkoloji xəstələrin sayını artırıb


Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvü, Qazax rayon sakini Tural Əfəndi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.

Newscenter.az xəbər verir ki, ASK üzvünün nazirliyə müraciəti Qazax rayonunun Daş Salahlı kəndindəki gil və sement zavodunun fəaliyyəti ilə bağlıdır. Konfederasiya üzvü iddia edir ki, sözügedən zavodun filtrizasiya sistemi düzgün işləmədiyi üçün zavoddan istehsal zamanı çıxan zəhər birbaşa havaya ifraz edilir:

"Bu səbədəndir ki, həmin kənddə və ətraf kəndlərdə onkoloji xəstələrin sayı ən pik həddə çatıb. Məsələni araşdıraraq nəzarətə götürsəniz böyük bir problemin qarşısını almış olarsınız".

Anar Əliyev
Xəbəri paylaş