Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

180 rus əsgəri Vagnerin tərəfinə keçdi -ÖZƏL

180 rus əsgəri Vagnerin tərəfinə keçdi


Rusiyanın təhlükəsizlik şirkəti olan Vagner silahlı birləşməsi paytaxt Moskvaya doğru sürətlə irəliləyir. Rostov və Voronejdə demək olar ki, bütün dövlət qurumlarına nəzarəti ələ alan Yevgeniy Prigojinə qoşulanların da sayı artır.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Rusiya Ordusuna məxsus 180 nəfərlik heyət Yevgeniy Prigojinin rəhbərlik etdiyi Vagner silahlı birləşməsinə qoşulub.

Qeyd edək ki, Yevgeniy Prigojin Rusiyada idarəçiliyi dəyişməyin zamanının çatdığını bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş