Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZSTAND nümayəndə heyəti Avropada beynəlxalq tədbirdə iştirak edib

AZSTAND nümayəndə heyəti Avropada beynəlxalq tədbirdə iştirak edib


Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Avropa Standartlaşdırma Təşkilatının (CEN) Baş Assambleyasının 59-cu iclası və Avropa Elektrotexniki Standartlaşdırma Komitəsinin (CENELEC) Baş Assembleyasının 65-ci iclasında (15-ci ümümi sessiyada) iştirak edib.

Newscenter.az xəbər verir ki, 21-22 İyun tarixlərində keçirilən CEN və CENELEC-in illik clası Serbiyanın paytaxtı Belqrad şəhərində Serbiya Standartlaşdırma İnstitutu (ISS) tərəfindən təşkil edilib.

İllik iclasda CEN və CENELEC-in üzvü olan 34 milli standartlaşdırma qurumunun, Avropa və Beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində Azərbaycanda texniki tənzimləmə sisteminin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi, Aİ-yə üzv ölkələrlə qarşılıqlı əməkdaşlıq və dəstəyin təmin edilməsi və ikitərəfli əməkdaşlığı inkişaf etdirilməsi üçün Serbiya Standartlaşdırma İnstitutu (ISS), Çexiya Standartlar, Metrologiya və Sınaq Ofisi (UNMZ), Latviya Standartlaşdırma Qurumu (LVS), Türk Standartları İnstitutu (TSE), Kazaxıstan Texniki Tənzimləmə və Metrologiya İnstitutu, Sinqapur Standartlar Şurası (Enterprise Singapore), İsrail Standartlar İnstitutu (SII) və digər standarlaşdırma qurumları ilə görüşlər keçirilib və müvafiq müzakirələr aparılıb.

Natiq Orucov
Xəbəri paylaş