Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəlimməmədli mənzilində sel təhlükəsi yaranıb.
Bu barədə Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, son günlər yağan güclü yağışlan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb. Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.
R.Mehdiyeva