Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov vəzifəsindən istefa verib.
Bu barədə məlumatı Newscenter.az-a Raqif Abbasov özü verib. Bildirib ki, öz ərizəsi əsasında işdən çıxıb.
İyunun 24-də Raqif Abbasov uzun illər çalışdığı kollektivlə vidalaşıb. Keçmiş İdarə rəisi facebook sosial şəbəkəsində kollektivlə son görüşü barədə qısa paylaşım da edib. O, "Sizlərlə birlikdə uzun müddət çalışmaq xoş idi. Hər birinizə gələcəkdə Nazirliyimizin iş fəaliyyəti yolunda uğurlar arzulayıram!!!"-deyə, vurğulayıb.
Qeyd edək ki. Raqif Abbasov 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışırdı. Bu təyinata qədər isə o, Gənclər və İdman Nazirliyinin mətbuat kartibi olub.
Anar Əliyev