Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davame edir. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, FETÖ/PDY istintaqı çərçivəsində 7 il 6 ay həbs cəzası alan Boydak Holdinqin ortaqlarından Mustafa Boydak Ataşehirdə saxlanılıb..
Qeyd edək ki, 29 iyul 2016-cı ildə Kayseridə "Bank Asya"da şirkəti adına hesab açıldığı aşkarlanan Boydak barədə həbs qərarı çıxarılsa da, lakin iş adamı məsuliyyətdən yayına bilib. Ataşehir Təhlükəsizlik Bürosu tərəfindən 7 il 6 ay həbs cəzasına məhkum edilən Boydak 7 ildən artıq gizlənməyə müvəffəq olub.
Mehman Mehdiyev