Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əkin sahələrinin becərilməsinə görə verilən subsidiyalar azalıb

Əkin sahələrinin becərilməsinə görə verilən subsidiyalar azalıb


Respublika üzrə əkin sahələri 1662,3 min hektar proqnozlaşdırılsa da, faktiki əkin sahəsi 1624,0 min hektar olmaqla 2021-ci ilə nisbətən 20,5 min hektar az olub. Əkin sahələrinin becərilməsinə görə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş əkin subsidiyasının məbləği 2022-ci ildə 246558,4 min manat olmaqla 2021-ci illə müqayisədə 4,6% azalıb.

Newscenter.az
xəbər verir ki, bu barədə Hesablama Palatasının şöbə müdiri Azim Abasovun “Dövlət auditi” rəsmi rüblük məlumat bülleteninin 2023-cü il üzrə ikinci nömrəsində dərc edilmiş məqaləsində ətraflı məlumat verilib.

Bildirilib ki, azalma əsasən 2022-ci ildə buğda əkin sahəsi üçün verilən subsidiyanın məbləğinin əvvəlki illə müqayisədə 8117,2 min manat azalması, eləcə də əvvəlki 2 ildən fərqli olaraq pambıq və şəkər çuğunduru üzrə əkin subsidiyasının verilməməsi ilə bağlı olub.

Natiq Orucov
Xəbəri paylaş