“Ermənistanın törətdiyi təxribatdan sonra "Laçın" sərhəd-buraxılış məntəqəsində aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır”.
Newscenter.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.
"Xarici diplomatik korpusla birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsindəyik. Ermənistanın törətdiyi təxribatdan sonra aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır", - paylaşımda deyilir.
Mehman Mehdiyev