Türkiyənin məşhur astroloqu Nilay Dinç insanlar arasında təşviş yarada biləcək bir sıra proqnozlarla çıxış edib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, astroloq sosial media hesabından verdiyi proqnozda 2023-cü ilin 11 iyul tarixi barədə xəbərdarlıq edib.
Sözügedən tarixdə səma hadisəsinin baş verəcəyini deyən Dinç “Tarixə damğasını vuracaq təhlükəli bir hadisə baş verə bilər”- deyə, bildirib.
Astroloq həmçinin onu da qeyd edib ki, 11-22 iyul tarixləri arasında dünyaya səs sala biləcək 3 hadisə yaşana bilər:
"Dağıdıcı zəlzələ və ya kütləvi ölüm, hakimiyyət çevrilişi və böyük liderin ölümü".
Mehman Mehdiyev