Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli ordunun peşəkar kadrlara olan tələbatını ödəyən təhsil müəssisəsi-Heydər Əliyev adına Hərbi Lisey -ÖZƏL

Milli ordunun peşəkar kadrlara olan tələbatını ödəyən təhsil müəssisəsi-Heydər Əliyev adına Hərbi Lisey


İyunun 24-də Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyin 23-cü buraxılış mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib.
Mərasimdə çıxış edənlər, eləcə də təhsil müəssisəsinin rəhbərliyi məzunlara gələcək hərb həyatında uğurlar arzulayıb. Mərasimdə məzun gənclərə attestat təqdim edilib.

Heydər Əliyev adına Hərbi Liseyin ölkəmizdə vətənpərvər gənclərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyən təhsil müəssisəsinin müəllimi Ayşən Əsgərova Newscenter.az-a deyib ki, xüsusi təyinatlı təhsil müəssisəsi olan Heydər Əliyev adına Hərbi Lisey hərbi kadr hazırlığı sistemini təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə yaradılıb. Onun sözlərinə görə, 56 kursantla fəaliyyətə başlayan Liseydə bu gün yüzlərlə vətənpərvər, yüksək təhsilli, fiziki cəhətdən sağlam və intizamlı gənclər yetişdirilir:

"Bu gün Liseyin kursantlarının timsalında inkişaf etmiş əqidəli gəncliyimizi, etibarlı gələcəyimizi görür və bununla fəxr edirik".

Sözügedən liseyin, eləcə də hərbi sahədə bacarıqlı kadrların hazrılanmasında ümummilli lider Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu deyən Ayşən Əsgərova qeyd edib ki, bu baxımdan Ümummilli lider Heydər Əliyev "Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır"-deyə vurğulayırdı.

Sonda Ayşən Əsgərova qeyd edib:

"Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq gənclər yetişdirən əziz Liseyim, uğurların bol olsun!".



Anar Əliyev
Xəbəri paylaş