Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir: "Ağdam-Xankəndi yolundan istifadə etməklə Qarabağın erməni sakinlərinə yardım göstərilə bilər"

Nazir: "Ağdam-Xankəndi yolundan istifadə etməklə Qarabağın erməni sakinlərinə yardım göstərilə bilər"


Xarici işlər naziri Ceyhun Bayramovun iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşü zamanı Qarabağın erməni sakinlərinə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərilməsi imkanları müzakirə olunub.

Newscenter-az- ən xəbərinə görə, görüşdə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib.

Mövcud vəziyyətlə əlaqədar, erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş