2022-ci ilin əvvəli tarixinə peşə təhsil müəssisələrinin məzunlarının 2020-ci il üzrə 35%-i (4364 nəfəri), 2021-ci il üzrə isə 34%-i (3855 nəfəri) işləyən şəxslərdən ibarət olub. Bəzi ixtisaslar üzrə (“Toxucu”, “Vaqon baxıcısı-təmirçisi”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Heyvanlarda süni mayalanma üzrə texnik”) məzunlar arasında işləyənlərin payı 10% və daha aşağı olub.
Newscenter.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük rəsmi məlumat bülleteninin 2-ci nömrəsində bu qurumun məsləhətçisi olan Rəfiqə Əşrəfovanın məqaləsində məlumat verilib.
Qeyd edilib ki, seçmə qaydada bəzi ixtisaslara baxılmaqla aparılan təhlillər işləyən məzunların 21,2%-nin öz ixtisasına uyğun vəzifələrdə çalışdığını göstərib.
"Məzunların əksər hissəsi satıcı, fəhlə, ofisiant və aşpaz vəzifələrində çalışıb. Əməkhaqları ixtisaslar üzrə fərqlənib, bəzi ixtisaslar üzrə aylıq əməkhaqqı 1500,0 manat və yuxarı olduğu halda, bəziləri üzrə müvafiq ilin minimum əməkhaqqı məbləği qədər olub".
Natiq Orucov