Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Azərbaycana qarşı təxribat fikirlərinə düşən qüvvələrə mesaj verdi -ÖZƏL

Prezident Azərbaycana qarşı təxribat fikirlərinə düşən qüvvələrə mesaj verdi


"Prezident İlham Əliyev dünənki çıxışında konkret olaraq Azərbaycan dövlətinin gücünü hər kəsə göstərdi. O, Azərbaycanla güc dilində damışılmayacağını bir daha qeyd etdi. Azərbaycanın müstəqil və öz qərarlarını özü verən dövlət olduğunu vurğuladı. Eyni zamanda, yeni ordu birləşmələrinin yaradılmasını və yeni silahların, o cümlədən, uzaqmənzilli raketlərin alınmasını qeyd etməklə, Azərbaycana qarşı təxribat fikirlərinə düşən qüvvələrə mesaj verdi ki, bu, onların özlərinə zərbə vuracaq".

Bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev Qarabağ ətrafında və sərhəddə baş verən hadisələri qeyd etməklə bunun Azərbaycanın siyasi və diplomatik müstəvidə atdığı addımların məntiqi davamı olduğunu diqqətə çatdırdı:

"Prezident Avropa Birliyi ölkələrinin bəzi rüşvətxor məmurlarını da tənqid edərək, onların iç üzünü açdı. Azərbaycan dövlətinin sülh məsələsinə sadiq olduğunu, sülhün Azərbaycan və Ermənistana, amma daha çox Ermənistana lazım olduğunu qeyd etməklə erməni tərəfinə bir daha xəbərdarlıq etdi ki, onlar bu fürsəti əldən verməsinlər. Prezident daha çox Ermənistan rəhbərinin imza atdığı müqavilənin şərtlərinə əməl etməsini vurğulamaqla, Ermənistanla bərabər, eyni zamanda, Rusiyaya da mesaj vermiş oldu".

Azər Qasımov onu da deyib ki, Azərbaycan Prezidentinin Azərbaycan ordusuna yeni qələbələr arzulaması isə çıxışın ən pik nöqtəsi oldu:

"Hesab etmək olar ki, son qələbə üçün döyüşlərə hər an hazır olmalıyıq".

Anar Əliyev
Xəbəri paylaş