Rusiyanln təhlükəsizlik şirkəti kimi tanınan "Vaqner" birləşməsinin rəhbəri Yevgeniy Priqojin başladıqları əməliyyatın məqsəd və məramı barədə danışıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Priqojin Rus xalqını dinc əhaliyə atəş açanlardan xilas etmək üçün hərəkətə keçdiklərini deyib. Qruplaşma rəhbəri bu yolda ölməyə hazır olduqlarını vurğulayıb:
"Bir daha hamını xəbərdar edirəm. Bizi heç kim aradan qaldıra bilməz. Hədəfimiz var. Hamımız ölməyə hazırıq. Çünki vətən və rus xalqı üçün ölürük. Rus xalqını dinc əhaliyə atəş açanlardan xilas etmək lazımdır".
Priqojin Rusiya qüvvələrinin Rostovda mülki insanlara atəş açdığını da deyib:
"Rostovda mülki şəxsləri helikopterlərdən atəşə tutublar. Pilotlardan biri atəş əmrinə tabe olmayıb”.
Mehman Mehdiyev