Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya müdafiə naziri və Baş Qərargah rəisinin müavinləri “Vaqner"in rəhbəri ilə görüşüb

Rusiya müdafiə naziri və Baş Qərargah rəisinin müavinləri “Vaqner"in rəhbəri ilə görüşüb


Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinlə görüşüb.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, məlumatı iyunun 24-də “Razqruzka Vaqner” telegram kanalı yayıb.

Məlumata görə, danışıqlar zamanı Y.Priqojin bildirib ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov onlara təhvil verilməyənədək vaqnerçilər Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəklər.

Rusiyanın Cənub Hərbi Dairəsi görüşlə bağlı video yayıb.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.
Xəbəri paylaş