“Ukrayna cəbhəsində uğursuzluqla üzləşən, məğlubiyyətin astanasında olan Rusiya üçün indi də Vaqner problemi ortaya çıxıb. Əslində gözlənilən idi. Sözügedən silahlı birləşmə Baxmut yaxınlığında öz qüvvələrini geri çəkərkən Rusiya hakimiyyəti ehtimal etməliydi ki, Vaqner öz gücünü tezliklə Kremlə nümayiş etdirməyə cəhd göstərəcək”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Vaqnerin qiyamı Kreml üçün acı sonluğu yaxınlaşdıracaq:
“Faktiki olaraq bu vətəndaş qarşıdurmasıdır. Kreml rəhbəri öz hakimiyyətini qorumaq üçün hətta Ukraynadan bütün qüvvələrini geri çəkə bilər. Olsun ki, hakimiyyəti üçün təhlükə yaranmasın. Artıq Rusiya Ordusunun müəyyən bir qismi Vaqnerə qarşı mübarizə üçün Ukraynadan geri çağrılıb. Bu da imkan verəcək ki, Ukraynanın əks hücum əməliyyatı effekt versin və ərazisini işğalçılardan təmizləsin”.
Anar Əliyev