Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadakı proseslər Qarabağdakı sülhməramlı qüvvələrinin fəaliyyətinə də təsirini göstərəcək

Rusiyadakı proseslər Qarabağdakı sülhməramlı qüvvələrinin fəaliyyətinə də təsirini göstərəcək


Rusiyada baş verən hadisələrin nəticələri, Qarabağdakı sülhməramlı qüvvələrinin fəaliyyətinə də mütləq öz təsirini göstərəcəkdir. Həmçinin Moldovada və Gürcüstanda dondurulmuş münaqişələr aktivləşə bilər.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən siyasi ekspert Çinguz Şahbazi deyib ki, Suriyada və xüsusilə də Mali, Anqola, Ruanda, Zimbabve, Lesoto, Botsvana, ÇAD, Konqo Demokratik respublikası kimi Afrika ölkələrində Rusiyanın təsirindən ayrılmaq çabaları nəticəsində vəziyyət dəyişəcək:

"Ümumiyyətlə qeyd etmək lazımdır ki, Putin Rusiyasının süqutu, dünyada bir sıra proseslərin önünü açacaq. Proseslərin gedişi onu deməyə əsas verir ki, Rusiyanın müttəfiqləri hesab edilən ölkələrdə, xüsusilə də Belarusda, tezliklə sabitlik pozulacaq və bütün bunları yeni dünya nizamına doğru mərhələnin başlanğıcı hesab etmək olar. Artıq hadisələr onu göstərir ki, xaos və ölüm Rusiyanın sərhədlərini keçərək yeni müharibə ocaqlarının yaranma ehtimalını artırır. Bu o deməkdir ki, Rusiyanın tərkibində çoxlu sayda muxtariyyət statusu ilə yaşayan xalqların müstəqil olmaları üçün tarixi şərait yaranıb və onlar bu hüquqlarından yararlanmaq üçün bütün vasitələrdən istifadə edəcəklər".

Anar Əliyev
Xəbəri paylaş