“Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir. Ona görə də Moskvada bazar ertəsi qeyri-iş günü elan edilib”.
Newscenter.az-ın xəbərinə görə, “Report”un Rusiya bürosunun məlumatına görə, bunu Moskva meri Sergey Sobyanin deyib.
O qeyd edib ki, hakimiyyət və davamlı dövriyyə müəssisələri, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisna olacaq.
Merin sözlərinə görə, Moskvada şəhər xidmətləri yüksək hazırlıq vəziyyətində çalışır. O, həmçinin moskvalıları şəhər ətrafına səfərlərdən çəkinməyə çağırıb.