Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təqaüdlərin əhatə dairəsi artıb

Təqaüdlərin əhatə dairəsi artıb


Təqaüd alan şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda 30% artıb. Təqaüd alan şəxslərin say göstəricilərinin artmasına bir sıra amillər təsir göstərib. Belə ki, 2020-ci ildə Vətən Müharibəsi ilə əlaqədar olaraq təqaüdlə təmin olunmuş müharibə veteranlarının say göstəricisi 91,5 min nəfərdən 178,4 min nəfərə, şəhid ailələrinin say göstəricisi 13,5 min nəfərdən 18,2 min nəfərədək artıb, 181 şəxsə isə Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təyin edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rəsmi rüblük bülletenində qurumun məsləhətçisi Fariz Qurbanovun məqaləsində qeyd edilir.

Bildirilir ki, həmçinin əmək pensiyaları sahəsi üzrə qanunvericilikdə aparılmış müvafiq dəyişikliklərə görə bəzi kateqoriya imtiyazlı şəxslərə hesablanan əmək pensiyalarının sığorta hissəsinə əlavələrin ləğv edilməsi ilə əlaqədar olaraq yeni təqaüd növləri təsis edilib:

"Həm say göstəricisinin, həm də təqaüd məbləğlərinin artımı müvafiq istiqamət üzrə xərc edilmiş vəsaitin də həcminin artımını təmin edib. Belə ki, 2020-ci illə müqayisədə 2022-ci ildə istiqamət üzrə xərc edilmiş vəsaitin həcmi 66,7% artıb. Başqa sözlə, təqaüdlər üzrə orta hesabla bir nəfərə düşən aylıq məbləğ 2020-ci ildə 94,0 manat, 2022-ci ildə isə 118,8 manat təşkil edib".

Natiq Orucov
Xəbəri paylaş