"Türkiyədə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ixracatda ciddi şəkildə artım qeydə alınır. İxracatımız 23 iyun tarixində günlük tarixi rekorda imza atıb".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyənin ticarət naziri Ömər Bolat səsləndirib. Nazir qeyd edib ki, qeyd edilən tarixdə Türkiyənin günlük ixracatı 2 milyard 121 milyon dollar olub:
"Beləliklə, günlük ixracatımızda 2 milyard dolları keçmiş olduq".
Natiq Orucov