Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, yaralılar var -ÖZƏL

Türkiyədə avtobus qəzası, yaralılar var


Türkiyədə növbəti avtobus qəzası baş verib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunda qeydə alınıb.

Belə ki, sözügedən magistral yolda hərəkət edən avtobusun idarəetməni itirərək aşması nəticəsində 13 nəfər xəsarət alıb.

Hatay ilə Qaziantep arasında hərəkət edən Əli K.-nin idarə etdiyi mikroavtobus TAG şosesinin Nurdağı mahalı Şatırhüyük məhəlləsi yaxınlığında aşıb. Hadisə yerinə çoxlu sayda həkim briqadası cəlb edilib. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş