Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqnerin hərbi qiyamı Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinin göstəricisidir. -ÖZƏL

Vaqnerin hərbi qiyamı Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinin göstəricisidir.


Artıq Ukraynanın əks hücum əməliyyatı öz effektini verəcək. Əsas diqqəti qiyama qalxmış "Vaqner" istiqamətinə yönəldən Rusiyanın tezliklə Ukrayna cəbhəsində ciddi məğlubiyyətlə üzləşəcəyi istisna deyil. Qısa zamanda silahlı birləşmənin Rostov və ətraf əraziləri nəzarətə götürməsi və mövqe üstünlüyünü aradan qaldırmaq üçün Rusiya Ordusunun müəyyən bir hissəsinin Ukraynadan geri çağrılması belə deməyə əsas verir. Elə ekspertlər də bu qənaətdədirlər ki, "Vaqner"in qiyamı Rusiyanı Ukrayna qarşısında məğlub duruma salacaq.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, "Vaqner"in hərbi qiyamı Ukrayna müharibəsində Rusiyanın məğlubiyyətinin göstəricisidir:

"Əgər, hərbi çevrilişin qarşısı alınmasa, Ukraynada Rusiya qoşunlarının koordinasiyası pozulacaq və məğlub olması qaçılmaz olacaq. Bu da Rusiya vətəndaş müharibəsinə gətirib çıxara bilər. Beləliklə, proseslər V. Putinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Demək olar ki, Priqojinin əsas planı Kremli ələ keçirməkdir".

Politoloq deyib ki, Baxmut ətrafında baş verən döyüşlər fonunda Priqojinlə Müdafiə Nazirliyi arasında böhran siyasi müstəviyə keçdi:

"Qeyd edim ki, Şoyqunun "Vaqner"ə qarşı artilleriya və aviasiya ilə hücum etməsi məhz Priqojinin hərəkətə keçməsinin qarşısını almaq olub. Görünür, Kreml "Vaqner"in hərbi çevriliş planlarından xəbərdar olublar".

Anar TAGİYEV
Xəbəri paylaş