Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci taqımının əməkdaşları tərəfindən keçirilən tədbirlərlə özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan Şabran rayon sakini Ruhid Rəsulov saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd edilib ki, Xaçmaz rayonunun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.
Lakin o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil uzun sürən tədbirlərdən sonra dayandırılıb.
Həmin şəxs ifadəsində əməllərini etiraf edib.
Faktla bağlı araşdırmalar başlanılıb və məhkəmənin qərarı ilə R.Rəsulovun barəsində həbs qətimkan tədbiri seçilib.
Mehman Mehdiyev