Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni ictimai birlik fəaliyyətə başladı -ÖZƏL

Yeni ictimai birlik fəaliyyətə başladı


Ölkədə yeni İctimai Birlik yaradılıb. “Azərbaycan Həmrəylik Komitəsi” İctimai Birliyinin bu gün təsis yığıncağı keçirilib.

Newscenter.az-a bu barədə məlumat verən Yeni ictimai birliyin təsisçilərindən biri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, hüquqşünas Əlisahib Hüseynov deyib ki, yığıncaqda təşkilati məsələlərə baxılıb.

Toplantı zamanı yeni ictimai birliyin təsisçilərindən biri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, hüquqşünas Əlisahib Hüseynov “Azərbaycan Həmrəylik Komitəsi” İB-nin sədri seçilib. Həmçinin sədr müavinləri, Nəzarət Təftiş Komissiyasının rəhbəri və digər rəhbər şəxslər təyin edilib.

Əlisahib Hüseynov yığıncaqda məruzə ilə çıxış edərək yeni yaradılan ictimai təşkilatın fəaliyyət məqsədlərini açıqlayıb.

Məruzəçi qeyd edib ki, “Azərbaycan Həmrəylik Komitəsi” İB-nin əsas məqsədi beş təməl istiqamətdə - ölkə daxilində milli birliyin və həmrəyliyin qorunmasına töhfə vermək, Azərbaycandan kənarda yaşayan soydaşlarla əlaqələri və həmrəyliyi genişləndirmək, Türk dünyası ilə ictimai, mədəni əlaqələri daha da sıxlaşdırmaq, dünyada sülh və həmrəylik təşəbbüsləri ilə çıxış etmək, qlobal həmrəylik çağırışlarına qoşulmaq, Azərbaycanın beynəlxalq təhlükəsizlik, dialoq və həmrəylik səylərini dəstəkləməkdir.

Həmçinin dünyadakı soydaşlarımız arasında birlik hisslərinin daha da güclənməsinə dəstək olaraq həmrəylik təşəbbüslərini artırmaq, Prezident İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi prosesinə töhfə vermək, Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizəsinə dəstək vermək, Dərbənddə, Borçalıda, Kərkükdə kompakt şəkildə yaşayan azərbaycanlıların Ana Vətənlə - Azərbaycan Respublikası ilə mədəni-ictimai əlaqələrini genişləndirmək, onların haqq və hüquqlarının səmərəli müdafiəsinin təşkilinə nail olmaq da yeni QHT-nin prioritet hədəfləri sırasında yer alacaq.

Yığıncağın sonunda “Azərbaycan Həmrəylik Komitəsi” İB-nin sədri Əlisahib Hüseynov yeni yaradılan ictimai təşkilatın rəhbər şəxslərinə, İdarə Heyətinin üzvlərinə işlərində müvəffəqiyyətlər diləyib.

Anar Əliyev
Xəbəri paylaş