Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son sutkada 4 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 4 nəfər koronavirusa yoluxub



Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter-az-a verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 3 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 938 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 624 nəfər müalicə olunaraq sağalıb, hazırda 32 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 501, bu günə qədər isə ümumilikdə 7 642 602 test icra olunub.


Eyni zamanda, ölkədə son sutka ərzində 39 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 983 olub.

Sevinc Mehdiyeva
Xəbəri paylaş