Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Priqojin: "Vaqner iyulun 1-dən etibarən fəaliyyətini dayandıracaqdı"

Priqojin: "Vaqner iyulun 1-dən etibarən fəaliyyətini dayandıracaqdı"


“Bu yaxınlarda “Vaqner” Xüsusi Hərbi Şirkəti Ukraynada yaxşı nəticələr əldə etdi, ən ciddi tapşırıqları yerinə yetirdi, lakin intriqalar və düşünülməmiş qərarlar nəticəsində bu bölmə 1 iyul 2023-cü ildə fəaliyyətini dayandıracaqdı”.

Newscenter-az xəbər verir ki, bunu “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.

“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Müdafiə Nazirliyinə keçməyə hazır olan döyüşçülər hərbi idarə ilə müqavilə imzalayıblar, lakin bu minimum saydır, 1-2 faiz. Heç bir aqressiya nümayiş etdirməməyimizə baxmayaraq, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü”, - deyə o qeyd edib.(report)
Xəbəri paylaş