Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qobustanda qaya daşlarının arasında meyit aşkarlanıb

Qobustanda qaya daşlarının arasında meyit aşkarlanıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qayalıq ərazidə aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Newscenter-az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qaya daşlarının arasından çıxarılaraq təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş