Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zabratda təndirxanada partlayış olub, 5 nəfər xəsarət alıb - SİYAHI

Zabratda təndirxanada partlayış olub, 5 nəfər xəsarət alıb - SİYAHI


Bu gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.

Bu barədə Newscenter-az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb.

Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş