Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş qaldıran düşmənin başı dərhal əzilməlidir

Baş qaldıran düşmənin başı dərhal əzilməlidir


İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz atəş açılan və ya digər təhdid yaradan istiqamətlər üzrə daha təsirli cavab tədbirləri görməlidir. Məsələn atəş açılan düşmən mövqelərini dərhal artilleriya sistemləri və PUA -lar ilə yerlə yeksan etmək, o mövqelərə Əsgərimizi və Bayrağımızı yerləşdirmək üçün nəyimiz əskikdir? Biz təmkinli davrandiqca, erməni tərəfi cəsarətlənməyə çalışır. Baş qaldıran düşmənin başı dərhal əzilməlidir. Təmkin vaxtı deyil, yetər artıq!

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş