Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun ərazisində çürümüş insan meyiti aşkarlanıb.
Newscenter-az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, iyunun 26-da Qaradağ rayonu ərazisində yerləşən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində çürümüş insan meyitinin aşkar olunması faktı üzrə Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.