Penitensiar xidmətin rəhbərliyinin təşkilatçılığı ilə 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində Qurban bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə müəssisənin bütün əməkdaşları iştirak edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu gün iftixarla demək olar ki, Azərbaycanda dini dəyərlərimizə hörmət, onların qorunub saxlanması və təbliği dövlət siyasətimizin ayrılmaz tərkib hissəsidir. Müsəlman dünyasının bir parçası olan ölkəmizdə dini dəyərlərin fövqündə duran Qurban bayramı böyük təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu bayrama hər zaman böyük diqqət göstərirlər, xalqımızı tədbirk edir, onlara ən xoş arzularını çatdırırlar. Artıq üçünçü ildir biz bu müqəddəs bayramı şanlı Zəfərin təntənəsi ilə keçiririk, çox sevindirici haldır ki, 30 ildən sonra işğaldan azad olmuş torpaqlarımızda da Qurban bayramı bu gün böyük təntənə ilə qeyd olunur.
Bu münasibətlə Penitensiar xidmətinin bütün şəxsi heyətini bir daha milli-mənəvi həmrəyliyi, humanizm və qardaşlığı, xeyirxahlıq və mərhəmət duyğularını özündə təcəssüm edən Qurban bayramı münasibətilə təbrik edir, hər birinə can sağlığı, işlərində uğurlar arzulayıram.
Əli İbrahimov-hüquqşünas