Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib



Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.

Newscenter-az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar.

Qeyd edək ki, 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr kəsilib. Türkiyənin təşəbbüsü ilə sərhədlər də bağlanıb.(report)
Xəbəri paylaş