Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa demokratiya sınağından çıxa bilmədi

Fransa demokratiya sınağından çıxa bilmədi


AZTV-nin əməkdaşlarının özünü “demokratiyanın beşiyi”, “söz azadlığının qarantı” sayan Fransanın Nanter şəhərində hücuma məruz qalması, ölümlə hədələnməsi Fransa dövləti üçün də, söz və ifadə azadlığından pafosla danışmağı sevən prezident Emmanuel Makron üçün də rüsvayçılıqdır. Öz peşə borcunu yerinə yetirən çəkiliş qrupuna qarşı bu cür şiddət halları Fransa demokratiyasının sınaqdan çıxa bilməməsinin göstəricisidir.

Hamıya demokratiya dərsi keçməyə çalışan Fransanın özünün hər hansı bir media qrupu Azərbaycanda və ya digər ölkələrdə analoji halla üzləşsəydi, rəsmi Paris dərhal “media azadlığı”nı əlində bayraq edib bütün dünyaya car çəkər, süni ajiotaj yaratmağa, suyu bulandırmağa çalışardı. Lakin AzTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən, çəkiliş apararkən belə bir vandalizm, zorakılıq hadisəsi ilə üzləşmələrinə isə Yelisey Sarayından hələki heç bir reaksiya yoxdur. Makronun administrasiyası susmağa üstünlük verir.

Azərbaycan Həmrəylik Komitəsi olaraq bizim jurnalistlərimizə qarşı törədilmiş bu xoşagəlməz olayı qətiyyətlə pisləyirik. Ümid edirik ki, Fransa hakimiyyəti azərbaycanlı jurnalistlərə qarşı şiddət faktına hüquqi qiymət verilməsi və bu hücumun qısa müddət ərzində hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq, cinayətkarların cəzalandırılması üçün əlindən gələni edəcək. Bu zorakılığı törədənlər mütləq qaydada hüquqi məsuliyyətə cəlb edilməlidir. Rəsmi Paris sübut etməlidir ki, Fransa sözdə yox, real surətdə həqiqətən də hüquqi dövlətdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş